Qüdsdə İsrailin millətçi cinahlarının “Bayraq yürüşü” yenidən müharibəyə səbəb ola bilər

Qüdsdə İsrailin millətçi cinahlarının “Bayraq yürüşü” yenidən müharibəyə səbəb ola bilər

İsrail hökuməti radikal millətçilərin Qüdsdə “Bayraq yürüşü”nü keçirməsinə icazə verib. Ekspertlər bu yürüşün keçiriləcəyi təqdirdə yenidən qarşıdurmanın, hətta müharibənin baş verəcəyi barədə xəbərdarlıq ediblər.

Keçən həftə İsrail hökuməti, iyunda keçirilməsi nəzərdə tutulan “Bayraq yürüşü”nü qadağan etsə də növbəti toplantısında bu qalmaqallı yürüşün keçirilməsinə icazə verib.

Bu yürüş 1967-ci ilin iyununda Qüdsün tamamının işğal edilməsindən sonra radikal yəhudi cinahları tərəfindən “Bayraq yürüşü” adı altında keçirilməyə başlayıb. Sözügedən radikal yəhudi cinahları bu dəfə həmin yürüşü Qüdsün şərqində yəni müsəlmanların olduğu bölgələrdə də keçirməyə can atırlar.

Ekspertlərin fikrinə görə seçkilərdə və hökumətin formalaşdırılmasında uduzan Likud partiyası və Benyamin Netanyahu tərəfdarları məğlubiyyətdən qaçmağın yollarından biri kimi sözügedən “Bayraq Yürüşü”nü daha qalmaqallı şəkildə keçirməyə cəhd edəcəklər.

Eksperlərin fikrinə görə, son Qəzza-İsrail müharibəsi də məhz İsrail hökumətinin Qüdsün şərqində həyata keçirdiyi addımlarla bağlı idi ki, “Bayraq Yürüşü”nün keçirilməsi də bu qəbildəndir.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + 16 =