Kralın qızı toya çağırdığı müğənniyə 1 milyon dollar verdi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Əsalə Nəsri adlı bir ərəb qadın müğənnisi Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin qızı şahzadə Əl-Hissənin toyuna qatıldığı şəkillərini yayımlayıb.
Kral Salmanın qızının toyuna qatıldığından xoşbəxtliyini dilə gətirən sənətçi, bu günü “qeyri-adi bir gecə” olaraq xarakterizə etmiş və Səudiyyə şahzadəsinə bu evlilikdə xoşbəxtlik arzu etmişdir.
O, Səudiyyə şahzadəsinin toy şəkillərini sosial şəbəkədəki şəxsi səhifəsində yayımlamışdır.
Şou-biznes aləminin mənbələrinə görə Şahzadə Əl-Hissə toyda iştirak etmək üçün bu suriyalı sənətçiyə 1 milyon dollar ödəyib.
Əsalə Nəsri Şahzadə Əl-Hissənin toy mərasimi haqqında bunları söyləyib: “Onun toy mərasimi çox xoşbəxt və əyləncəli keçdi. Qeyri-adi bir gecə oldu.”