HƏMAS Suriyaya hücumu pislədi

HƏMAS Suriyaya hücumu pislədi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, HƏMAS bir açıqlamasında İsrail ordusunun Suriyaya qarşı dünən gecəki hücumunu kəskin şəkildə tənqid edib.

Həmas sözçüsü Hazim Qasim, dünən gecə Suriya ərazisinə edilən hücumun, sionist düşmənin bölgəyə təcavüzü kontekstində yeni bir cinayət olduğunu vurğulayıb.

Qasim belə vurğulayıb: “Sionist düşmən ərəblərin torpaqlarına və müqəddəs məkanlara təcavüz edərək ümmətə qarşı təcavüzkar və təxribatçı hərəkətlərini davam etdirir. Bunun üçün ümmətin bu təcavüzlərə qarşı mübarizədə əl-ələ verməsi, terrorizm və düşmən cinayətlərinin qarşısını alması labüddür.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 2 =