İran son iki ayda Suriyaya altıncı neft tankerini göndərib

İran son iki ayda Suriyaya altıncı neft tankerini göndərib

Aprel ayınının ortaları və sonlarında Suriyaya üç neft tankeri göndərən İranın daha üç gəmisi bu ölkənin sahillərinə çatmaq üzrədir.

Bu barədə neft tankerlərinin nəqliyyatı üzrə monitorinq aparan “TankerTrackers” Araşdırma Mərkəzi rəsmi tvitter səhifəsində məlumat yayıb.

Bildirilib ki, İranın təqribən 1 milyon, 700 min barel neft daşıyan daha üç neft tankeri Suriyaya çatmaq üzrədir.

Əlavə edilib ki, onlardan ikisi cümə günü Banyas limanına çatacaq, biri isə Suveyş kanalına doğru irəliləyir.

Mənbə bildirib ki, İranın üç neft tankeri aprel ayında Suriyaya gedib.

Qeyd edək ki, İran son illərdə ABŞ-ın sərt sanksiyalarına məruz qalan Suriya və Venesuelaya intensiv neft daşımaqdadır.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + 2 =