Suriyalı deputat ABŞ-ın əsas məqsədini açıqladı

Suriyalı deputat ABŞ-ın əsas məqsədini açıqladı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Suriya parlamentinin üzvü Əli Əl-Sutuf, 10 iyun cümə axşamı ABŞ siyasətinin bütün bölgə üçün açıq bir təhdid olduğunu və ABŞ-ın bölgədəki fəaliyyətlərinin İŞİD-i geri qaytarmaq niyyətlərindən xəbər verdiyini bildirib.

O, İraqın “Əl-Məlumə” xəbər saytına verdiyi müsahibədə belə deyib: “ABŞ-ın bölgədəki fəaliyyətləri açıq bir təhdiddir. Bu fəaliyyətlər artıq tamamilə aşkara çıxıb. Məqsəd İŞİD-ə yeni don geydirərək geri qaytarmaqdır.”

Əl-Sutuf əlavə edib: “Vaşinqton bölgədəki hərbi bazalarının sayını artırmaq ümidi ilə terror təşkilatlarını bərpa etməyə çalışır. Əgər ABŞ bölgədən çıxarılmasa, o və müttəfiqləri bütün bölgə üçün açıq bir təhdidə çeviriləcəkdir.”

Suriyalı millət vəkili daha öncə də ABŞ-ın İraq və Suriyadakı fitnəkar planlarını tamamlamaq üçün İŞİD-i yenidən diriltməyə çalışdığını söyləmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + 19 =