Yəmənli əsir işğalçılar tərəfindən öldürüldü

Yəmənli əsir işğalçılar tərəfindən öldürüldü

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Yəmən Hərbi Əsirlər Komitəsi elan edib ki, Yəmənin Əl-Beyza vilayətindən olan Ömər İdris Həsən İdris adlı şəxd muzdurlar tərəfindən şəhid edilmişdir.

Əl-Məsirə telekanalına görə, komitə deyib: Həsən İdris Səudiyyə koalisiyası muzdurları tərəfindən Mərib həbsxanalarından birində işgəncə verilərək öldürülmüşdür.

Yəmən Hərbi Əsirlər Komitəsindən edilən açıqlamada bildirilib: “Biz İdrisin qətlini kəskin şəkildə qınayır, təcavüzkarları və onların muzdurlarını bu və digər cinayətlərə görə mənəvi və hüquqi cəhətdən cavabdeh hesab edirik.”

Yəmən Hərbi Əsirlər Komitəsi yerli və beynəlxalq qurumları bu cinayətləri qınamağa və bütün əsirlərin həyatını qorumaqda məsuliyyətli davranmağa çağırıb.

Bu komitənin sədri Abdul Qadir əl-Murtəza, bu yaxınlarda məhbus mübadiləsi işindəki durğunluğun təcavüzkarların və muzdurların ikitərəfli əsir mübadiləsinə girməməsi ilə əlaqəli olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 1 =