Fələstinin müqavimət hərəkatı şəhid Qasim Süleymani barəsində açıqlama yaydı
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan “Saraya Al-Quds”-un bir qrup üzvü U-NEWS xəbər agentliyinə verdiyi müsahibədə demişlər: “Hərakatın aparıcı üzvlərinin teroru ilə əlaqədar olaraq, İslami Cihad Hərəkatının Baş katibi deyib ki, sionist düşmən hər hansı bir mücahid və ya fələstinliyə qarşı sui-qəsd edərsə, hücumlarımızı Təl-Əvivdən- döyüşü bitirdiyimiz yerdən başlayacağıq və artıq qırmızı xətt olmayacaqdır.”
İslami Cihad hərəkatının digər bir üzvü isə belə deyib: “Qasim” raketi şəhid Qasim Süleymaninin adını daşıyır. O, Müqaviməti dəstəkləyən və cinayətkar sionist düşmənlə mübarizə aparmaq üçün bu yolda səylərini əsirgəməyən bir şəxs idi.”
“Saraya Al-Quds” daha bir üzvü isə Qəzza zolağındakı son müharibəyə toxunaraq belə qeyd edib: “Saraya Al-Qudsun artilleriyası Qəzza zolağı ətrafındakı bütün hərbi mövqeləri hədəf alaraq “Qüds Qılıncı” döyüşü boyunca mühüm rol oynadı.”