Dünyada koronavirusa yoluxanların sayı 175 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 175 milyonu keçib

Dünyada koronavirusa yoluxma hallarının sayı son sutkada 387 mindən çox artaraq 175 milyonu keçib.

Bu barədə ÜST-ün bazar günü yayımlanan məlumatlarında deyilir.

Məlumata görə, ölənlərin sayı 24 saat ərzində 10,1 mindən çox artaraq 3,79 milyonu keçib.

13 iyun tarixinə qədər ÜST-ə 175 306 598 yoluxma və 3 792 777 ölüm hadisəsi barədə məlumat daxil olub.

Xəstəliyə yoluxan insanların sayı 387.209 nəfər, ölənlərin sayı 10.158 nəfər artıb.

Qeyd edək ki, ÜST statistikası dövlətlər tərəfindən verilən rəsmi məlumatlar nəzərə alınaraq hazırlanır.

Son sutkada yoluxanların 48 faizdən çoxu Şimali və Cənubi Amerikada (187,256) qeydə alınıb. İkinci yerdə Cənub-Şərqi Asiya (97,990), üçüncü yerdə Avropa (42,288) dayanır.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + fourteen =