ATƏT-in baş katibi Gürcüstana səfər edəcək

ATƏT-in baş katibi Gürcüstana səfər edəcək

ATƏT-in baş katibi Helqa Maria Şmid 14 iyun tarixində Gürcüstana rəsmi səfərə gedəcək. 

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

İki günlük səfər zamanı ATƏT nümayəndəsi Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili və parlamentin spikeri Kaxa Kuçava ilə görüşəcək.

Həmçinin baş katibin Gürcüstan Baş nazirinin müavini, Xarici İşlər Naziri David Zalkaliani və Sülh və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Tea Axvlediani ilə görüşü nəzərdə tutulur.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six − 4 =