Husilər əsir götürdüyü Səudiyyə Ərəbistanı hərbçilərinin görüntülərini yayımlayıb (VİDEO)

Husilər əsir götürdüyü Səudiyyə Ərəbistanı hərbçilərinin görüntülərini yayımlayıb (VİDEO)

Mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Ordusu və Xalq Komitələri” əsir götürdüyü Səudiyyə Ərəbistanı hərbçilərinin görüntülərini yayımlayıb.

Bildirilib ki, “Yəmən Ordusu və Xalq Komitələri” ötən ayın sonlarında Səudiyyə Ərəbistanın cənubunda həyata keçirilən əks hücum zamanı əsir götürdüyü 10 Səudiyyə və 2 sudanlı hərbçilərinin görüntülərini yayımlayıb.

Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanı son qarşıdurmada hərbçilərinin əsir düşməsini təkzib etmişdi.

Xatırladaq ki, husilər ötən ayın sonunda Səudiyyə Ərəbistanın cənubunda həyata keçirdikləri əks hücum zamanı 45 hərbi mövqeyi nəzarətə götürmüşdülər.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − ten =