Yəmən müharibəsi ilə bağlı dəhşətli statistika açıqlandı

Yəmən müharibəsi ilə bağlı dəhşətli statistika açıqlandı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Yəmən Milli Qurtuluş Hökumətinin Səhiyyə Nazirliyinin işçiləri Səudiyyə koalisiyasının davamlı təcavüzünə və Yəmənin mühasirəsinə və bunun səhiyyə sektoruna təsirinə etiraz olaraq bazar ertəsi BMT ofisi qarşısında nümayiş keçirmişlər.

Əl-Məsirə telekanalının verdiyi məlumata görə, Yəmən Səhiyyə Nazirliyinin sözçüsü Nəcib əl-Qəbati mitinqdə Səudiyyə koalisiyasının son illərdəki davamlı hücumlarının ümumilikdə 527 tibb mərkəzinin dağıdılması və tibbi mərkəzlərin 50%-inin istismardan çıxması ilə nəticələndiyini söyləyib.

Mühasirənin acı nəticələrindən biri də hər beş dəqiqədə bir uşağın ölməsi, hər il təxminən 8000 qadının həyatını itirməsi və 2.6 milyon uşağın qidalanmadan əziyyət çəkməsidir.

Əl-Qəbati qeyd edib: “5000 böyrək çatışmazlığı olan xəstənin nəqli lazımdır və Sana hava limanının bağlanması onların həyatını ciddi təhlükəyə atıb. Bir milyon yarım insan xroniki xəstəliklərdən əziyyət çəkir və onlardan 32 min nəfərinin müalicə üçün xaricə getməsi lazımdır.”

Yəmən Səhiyyə Nazirliyinin sözçüsü belə əlavə edib: “Mühasirə 120 növ xroniki xəstəliklərin dərmanını nadir hala gətirib və xərçəng xəstəliyi dərmanlarının 50%-i mövcud deyildir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 15 =