İraq Hizbullahı ABŞ-a xəbərdarlıq etdi

İraq Hizbullahı ABŞ-a xəbərdarlıq etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İraq Hizbullahının sözçüsü Məhəmməd Muhyi, ABŞ əsgərlərinin ölkəni tərk etməsinin vacibliyini vurğulayaraq, ABŞ-a xəbərdar edib.

Məhəmməd Muhyi deyib: “ABŞ öz qüvvələrini İraqdan çıxarmazsa, islami müqavimət qrupları onlara sürpriz edəcəkdir.”

İraq Hizbullahının sözçüsü, İraq təhlükəsizlik xidmətlərinin nüfuz altında olmasını söyləyərək deyib: “İşğalçıları hədəf alan İslam Müqavimət qruplarıdır, Həşdi Şabi qüvvələri deyil.”

O, belə davam edib: “İŞİD planlarının təkrarlanmaması üçün təhlükəsizlik qurumlarında təmizləmə işləri aparmalıyıq. Bu cür planların son məqsədi İraqdakı siyasi sistemi devirməkdir.”

İraq Hizbullahı son aylarda dəfələrlə parlament qanunlarına zidd olaraq ABŞ hərbiçilərinin İraqda qalması ilə bağlı ciddi xəbərdarlıq etmiş və ABŞ hərbiçilərinin bölgədəki müttəfiqlərini qorumaq bir yana qalsın, öz güclərini qorumaqda belə müvəffəq olmadığını vurğulamışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + one =