İsrail rejimi ordusu hazır vəziyyətə gətirildi – SƏBƏB

İsrail rejimi ordusu hazır vəziyyətə gətirildi – SƏBƏB

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin yeni kabinetinin daxili işlər naziri Omer Bar-Lev, çərşənbə axşamı işğal altındakı Qüdsdə bayraq yürüşünün keçirilməsini rəsmi olaraq qəbul edib.

Bar-Lev deyib ki, mövcud vəziyyəti nəzərə alaraq polislə təşkilatçılar arasında əldə edilmiş razılaşma əsasında bayraq yürüşünün keçirilməsinə icazə veriləcək.

Sionist medialar həmçinin söyləyib ki, Sionist Ordunun Baş Qərargah rəisi Aviv Koxavi, müxtəlif ordu birliklərini Qəzza ilə gərginliyin yenidən başlamasına hazır olmağa çağırıb.

İsrail televiziyası da İsrail ordusunun Qüdsdəki bayraq yürüşü ilə eyni vaxtda Qəzzadan raket hücumlarının yenidən başlayacağından qorxaraq “Dəmir qübbəni” gücləndirdiyini bildirib.

Sionist ekstremist qruplari və yəhudi sakinlər bu gün (15 iyun) “bayraq” adlanan ənənəvi yürüş keçirməyi planlaşdırırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + four =