Boko-Haram terror təşkilatının yeni liderinin adı açıqlanıb

Boko-Haram terror təşkilatının yeni liderinin adı açıqlanıb

Afrikada son illlərdə çoxsaylı terror aktlarını həyata keçirmiş Boko-Haram terror təşkilatının lideri Əbu-Bəkr Şekaunun ölümündən sonra onun canişini təyin edilib.

Boko-Haram terror təşkilatı yeni video yayımlayıb və orada çıxış edən “Bakura Mudu” adlı şəxs terror təşkilatının yeni lideri qismində müxtəlif ölkələr və qruplara təhdidlər yağdırıb.

O, Əbu-Bəkr Şekaunun cari ayın altısında öldüyünü təsdiqləyib və tərəfdarlarını onun yolunu davam etdirməyə çağırıb.

Boko-Haram lideri eyni zamanda sabiq liderin ölümünə səbəb olan İŞİD-in Afrika qanadını da təhdid edib.

Qeyd edək ki, Boko-Haram Nigeriyanın şimal-şərqində və digər üç qonşu Afrika ölkəsində onlarla qanlı terror hücumları həyata keçirib. Özü İŞİD terror təşkilatından öncə yaransa da sonradan onunla həmkarlıq etməyə başlayıb və son zamanlarda yenidən ondan ayrılıb.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 2 =