Peskov: Türkiyə ilə uçuşların bərpası məsələsinə qərargah baxır
Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov bildirib ki, Türkiyə ilə uçuşların bərpası vaxtı barədə qərarları operativ əməliyyat qərargahı qəbul edir.
“Bu sual Kremlə ünvanlanmamalıdır. Bu, sual operativ qərargaha aiddir. Onlar qərar verir”, Peskov jurnalistlərin sualını cavablandırıb.
“Forbes” mənbələrə istinadən xəbər verib ki, Rusiyanın COVID-19-la mübarizə üzrə mərkəzi qərargahı 1 iyuldan etibarən Türkiyə ilə uçuşların bərpası imkanlarını araşdırır.
“Rospotrebnadzor” epidemioloji vəziyyəti dəyərləndimək üçün mütəxəssislərin Türkiyədə işə başladığını açıqlamışdı.
Qeyd edək ki, Rusiya Türkiyə ilə uçuşlara qoyulan məhdudiyyətləri 21 iyuna qədər uzadıb.