BMT-nin xüsusi elçisi Myanmada vətəndaş müharibəsinin ola biləcəyini bəyan edib

BMT-nin xüsusi elçisi Myanmada vətəndaş müharibəsinin ola biləcəyini bəyan edib

Hərbçilər, müxalifət və ölkə daxilindəki etnik qruplar arasında qarşıdurmanın kəskinləşməsi nəticəsində Myanma tam mənada bir vətəndaş müharibəsi ilə üzləşə bilər.

Bu barədə cümə günü BMT baş katibinin Myanmadakı xüsusi elçisi Kristin Şraner Burgener məlumat verib.

“Toqquşmalar bölgələri, hətta ölkənin mərkəzi və 2015-ci ildə ümumi atəşkəsin elan edildiyi əraziləri əhatə edir. Tam bir vətəndaş müharibəsi riski var”, – elçi deyib.

BMT emissarın sözlərinə görə, münaqişə artıq beynəlxalq xarakter almaq üzrədir, çünki toqquşmalar Çin, Hindistan və Tailand sərhədlərinədək sıçrayıb.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × one =