İran rəsmisi danışıqlar prosesindən söz açdı

İran rəsmisi danışıqlar prosesindən söz açdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İİR-nın danışıqlar qrupunun rəhbəri Abbas Əraqçi, Əl-Cəzirə telekanalına verdiyi müsahibədə, Vyanadakı nüvə danışıqları ilə bağlı sualları cavablandırmışdır. Abbas Əraqçi Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin, İslam Respublikasında yeni bir hökumət qurulana qədər səbr etməyin lazım olduğu barədə fikrinə münasibət göstərərək deyib: “Çox güman ki, Qrossinin İrandakı siyasi dinamizm haqqında heç bir məlumatı yoxdur. Nüvə danışıqları böyük bir xarici siyasət mövzusudur və qərarlar sistemin ən yüksək orqanları tərəfindən qəbul edilir.”

Əraqçi, “Cənab İbrahim Rəisinin seçilmə ehtimalının yüksək olduğunu nəzərə alaraq onun inqilabi bir prezident olaraq seçilməsindən narahat deyilsinizmi? O, seçilərsə danışıqlar dayanacaqmı?” sualına belə cavab verib: “Bir diplomat olaraq seçki məsələləri və prezidentliyə namizədlər barədə danışmaq iqtidarında deyiləm, bununla belə, sualınıza cavab olaraq bu barədə heç bir narahatçılığın olmadığını vurğulaya bilərəm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + 7 =