Şəhid Qasim Süleymaninin şəhəri olan Kermanda da böyük aktivlik müşahidə olundu

Şəhid Qasim Süleymaninin şəhəri olan Kermanda da böyük aktivlik müşahidə olundu

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İİR-nın Kerman vilayətinin əhalisi, ölkədə səsvermə başlamazdan bir neçə saat əvvəl seçki məntəqələrinə gəlmişlər. Kerman şəhərinin şəhidlər xiyabanı və General Qasim Süleymaninin müqəddəs ziyarətgahı da bu seçki dairələrindən bir idi. Səsvermənin ilk anlarından etibarən Kerman xalqı öz iştirakı ilə unudulmaz səhnələr yaşatdı.

Gənc, yaşlı kişilər və qadınlar, hətta səsvermə yaşına çatmamış uşaqlar belə meydana gəldilər. Kerman diyarının camaatı bu canfəşanlıqla Hacı Qasim məktəbinin şagirdləri olduqlarını sübut etdilər. Onlar Hacı Qasimin düşmənlərinə öz rəhbərlərini tək qoymayacaqlarını və hər zaman vilayətə dəstək olacaqlarını söyləməyə gəlmişdilər.

Bir sözlə Kerman xalqı bu gün Hacı Qasimin qatillərindən kəskin intiqam almağa gəlmişdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + eight =