İran Prezidenti səsvermənin qalibi Ayətullah Rəisiylə görüşdü
İran Prezidenti Həsən Ruhani təbrik etmək üçün seçkilərdə qalib gələn Ayətullah Seyid İbrahim Rəisini ziyarət edib.
Burada keçirilən görüşdə hər iki tərəfin xalqın seçkidə sıx iştirakı və bunun İran İslam Respublikasının gücünə təsiri kimi məsələləri müzakirə etdiyi bildirilib.
İran Daxili İşlər Nazirliyinin Seçki Mərkəzinin rəhbəri Camal Ürf bu səhər keçirdiyi mətbuat konfransında 13-cü prezident seçkilərinin ilk nəticələrini paylaşıb.
İlk rəsmi nəticələrə görə, Rəisi seçkilərdə 28 milyon 600 min səsdən 17 milyon 800 min alaraq qalib olub.
Eastnews.org