İranın yüksək rəsmisi yeni prezidentin nüvə sazişilə bağlı mövqeyini açıqlayıb

İranın yüksək rəsmisi yeni prezidentin nüvə sazişilə bağlı mövqeyini açıqlayıb

“İbrahim Rəisi realist və məntiqli bir siyasətçidir. Yeni hökumətin formalaşmasından və səlahiyyətlərin dövr edilməsindən sonra nüvə sazişilə bağlı İranın mövqeyi dəyişməyəcək.”

Bunu İranın xarici işlər nazirinin müavini və ölkəni nüvə danışıqlarında təmsil edən baş müzakirəçi Abbas Əraqçi deyib.

Yaponiya mətbuatına açıqlamasında İran seçkilərinin nəticələri və nüvə sazişinin son vəziyyətilə bağlı açıqlama verən Abbas Əraqçi, İbrahim Rəisinin məntiqli və realist bir siyasətçi olduğunu bildirib.

O, əlavə edib ki, İranda iş başına gələcək yeni hökumətin nüvə sazişilə bağlı mövqeyi fərqli olmayacaq.

Qeyd edək ki, Abbas Əraqçi Vyanada aparılan nüvə danışıqlarının altıncı turunun bitdiyini deyib və vurğulayıb ki, “tərəflər hər zamandan daha çox indi razılaşmaya yaxınlaşıblar.”

SalamNews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =