Müəmmər Qəddafinin “uçan qəsri” 7 ildən sonra Liviyaya gətirilib (VİDEO)
Liviyanın sabiq diktatoru Müəmmər Qəddafinin şəxsi təyyarəsi yeddi ildən sonra ölkəyə gətirilib.
Sabiq diktator Müəmmər Qəddafinin şəxsi təyyarəsi Fransa və Türkiyədə saxlanıldıqdan və burada təmir edildikdən və boyandıqdan sonra Liviyaya qayıdıb.
Təyyarə yeddi il öncə, silahlı qrupların əlinə keçməsin deyə ölkədən çıxarılmışdı.
“AirBus 340” təyyarəsi ötən gün Tripolidə Maitiqa hava limanına enib.
Təyyarəni Liviya hökumətinin baş naziri Əbdülhəmid Dbeyba qarşılayıb.
Salamnews