AB Belarusa qarşı yeni sanksiyalar hazırlayır
Avropa Birliyinin Xarici İşlər Nazirləri, Belarusa qarşı yeni sanksiya paketinin tətbiqi barədə qərar qəbul etməyi planlaşdırır.
Bu gün Lüksemburqda AB xarici işlər nazirlərinin görüşü baş tutacaq. İclasın əsas mövzuları Belarus, İraq, Latın Amerikası və Karib dənizi olacaq.
İclasdan sonra Belarusa qarşı yeni sanksiyalar paketinin tətbiq ediləcəyi gözlənilir.
Sanksiyalar “Ryanair” təyyarəsinin enişində iştirak edən təxminən 80-ə yaxın şəxs və qurumu əhatə edəcək.
Apa