Rusiya XİN rəhbəri və ATƏT Baş katibi Qarabağı müzakirə edəcək

Rusiya XİN rəhbəri və ATƏT Baş katibi Qarabağı müzakirə edəcək

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Moskvada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Helqa Şmid ilə görüşəcək. Görüşdə digər məsələlərlə yanaşı, Qarabağ mövzusu müzakirə ediləcək. 

Danışıqlar ATƏT-in üç istiqamətdə – hərbi-siyasi, iqtisadi-ekoloji və humanitar sahələrdəki işi ilə bağlı geniş məsələlərə həsr ediləcək.

Lavrov və Şmid eyni zamanda Avropanın ümumi aktual problemlərini, ATƏT-in cari fəaliyyətini və təşkilatın 2021-ci ilin ikinci yarısında iş planını müzakirə etməyi planlaşdırır.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + 12 =