Lənkəranda rabitə xətlərini oğurlayan keçmiş məhkum saxlanılıb

Lənkəranda rabitə xətlərini oğurlayan keçmiş məhkum saxlanılıb

Lənkəranda rabitə xətlərini oğurlayan keçmiş məhkum saxlanılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov saxlanılıb.

Keçirilən baxış zamanı onun üzərindən 1 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə N.Məmmədovun ayrı-ayrı vaxtlarda Lənkəran şəhəri ərazisindəki rabitə qovşaqlarından birindən ümumi dəyəri 1200 manat olan mis kabelləri qıraraq oğurladığı müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Din.gov.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 1 =