Mərdəkan yolunda yanğın sıxlığa səbəb olub
Mərdəkan şossesi Mərdəkan qəsəbəsi istiqamətində yol kənarında yanğın baş verib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, yaranan tüstü yolda görüntünün məhdudlaşmasına səbəb olub. Hazırda bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Bunu nəzərə alaraq Qala döngəsi Mərdəkan hissəsində sürətlər bütün zolaqlar üzrə 60 km/saata endirilib.
Apa