Yəmənli lider Məkkəyə hücum etmədiklərini vurğuladı

Yəmənli lider Məkkəyə hücum etmədiklərini vurğuladı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Yəmən Milli Qurtuluş Hökumətinin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli Əl-Hüsi, Əl-Səudun müsəlmanların Həcc ziyarətinə getməsinə və Allah Evini ziyarət etməsinə maneə törətməsinin raketdən daha böyük bir təhlükə olduğunu vurğulayıb.

Səudiyyə Ərəbistanının Yəmənə qarşı təcavüzkar koalisiyasının sözçüsü bazar günü bir neçə pilotsuz təyyarənin və ballistik raketin vurulduğunu iddia etmişdir. Onun iddiasına görə bu raketlərdən biri Məkkənin cənubuna düşmüşdür.

Bu iddiaya cavab olaraq Əl-Hüsi öz twitter hesabında yazıb: “Səudiyyə Ərəbistanı Krallığının zəvvarların Məkkəyə və Müqəddəs Kəbəyə getməyinin qarşısını almaq və zəvvarların sayını azaltmaq üçün atdığı addımlar ən böyük raketdir və qalan bütün iddialar, dəlilsiz və Səudiyyə koalisiyasının qətliama məruz qoyduğu Yəmən xalqına qarşı yalan ittihamlardır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 3 =