Rusiyada COVID-19-a yoluxmada gündəlik artım 20 mini keçib

Rusiyada son sutkada 20 182 koronavirusa yoluxma qeydə alınıb. Bu barədə koronavirusla bağlı vəziyyətə nəzarət və monitorinq üzrə əməliyyat qərargahı məlumat yayıb.
Ölkədə COVID-19 xəstələrinin ümumi sayı 5 388 695 nəfərə çatıb.
Son sutkada 568 nəfər koronavirusun yaratdığı fəsadlardan ölüb. Ölənlərin ümumi sayı 131.463-ə çatıb.
Ümumilikdə, ölkədə COVID-19 xəstəliyinə yoluxanlardan 4.915.615 nəfəri sağalıb. Sutka ərzində 13505 nəfər sağalıb. Bir gün əvvəl, 12660 nəfər sağalaraq xəstəxanadan buraxılıb.
Ötən gün Rusiyada 17.594 koronavirusa yoluxma barədə məlumat verilirdi.
Salamnews