Tütünçüləri daşıyan mikroavtobus qəzaya düşdü, 1 nəfər öldü, 8 nəfər yaralandı

Hadisə Zaqatala-Qandax-Kəpənəkçi avtomobil yolunda baş verib. Rayonun Muğanlı kənd sakini 1990-cı il təvəllüdlü Rəvan İlham oğlu İsmayılovun idarəetdiyi mikroavtobus hərəkətdə olarkən rayonun Qandax kənd sakini 1973-cü il təvəllüdlü Vasif Şamsun oğlu Əsgərovun idarəetdiyi qoşqulu motoskletlə toqquşub.

Qəzadan sonra mikroavtobus idarəetmədən çıxaraq aşıb. Qəza zamanı mikroavtobusda olan sərnişin, rayonun Qandax kənd sakini, 1966-cı il təvəllüdlü Zöhrə Mehralı qızı Cəbiyeva aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Motoskletin sürücüsü Vasif Əsgərov, sərnişin qismində olan onun oğlu 23 yaşlı Adəm Əsgərov, mİkroavtobusda olan sərnişinlər- rayonun Qandax, Faldar və Muğanlı kənd sakinləri ümumilikdə 8 nəfər aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, qəzaya düşən mikroavtobusun sərnişinləri Şəki rayon ərazisində əkilən tütün sahəsində işlədikdən sonra evlərinə qayıdırlarmış. Faktla bağlı araşdırma aparılır.

APA TV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × one =