Müqavimət saytları ABŞ tərəfindən bloklandı

Müqavimət saytları ABŞ tərəfindən bloklandı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi çərşənbə axşamı günü İmam Hüseynin (ə) hərəminə bağlı olan Kərbəla telekanalının saytını bloklayıb.

Bu telekanal, İmam Hüseynin (ə) hərəmində keçirilən mərasimləri canlı olaraq yayımlayır.

ABŞ hökuməti, İraqın “Dəvət” partiyasına bağlı Afaq peyk kanalının veb saytını da sıradan çıxarıb.

Asiya peyk telekanalının veb saytı da ABŞ hökuməti tərəfindən bloklanıb.

ABŞ hökuməti ayrıca İraqın təqlid mərcələrindən olan  Ayətullah Əl-Yaqubiyə bağlı Əl-Nəim peyk telekanalının veb saytını da qeyri fəal etmişdir.

Çərşənbə axşamı, Əl-Aləm, Əl-Məsira və Press TV də daxil olmaqla müqavimət hərəkatına aid bir neçə medianın veb saytında ABŞ hökumətinin bu saytları qadağan etdiyini göstərən bir şəkil yerləşdirildi.

Araşdırmalar göstərir ki, Əl-Aləm, Əl-Məsira və Press TV veb saytlarından əlavə, İraqdakı Əl-Məlumah veb saytı  da daxil olmaqla müqavimət hərəkatına aid bir neçə veb sayt da bloklanmış ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + 9 =