İŞİD Kərkükdə partlayış törədib, azı beş polis işçisi həlak olub

İraqın Kərkük əyalətinin Daquq qəzasında polisin patrul xidmətinə qarşı partlayış törədilib.
Bu barədə hərbi mənbələr məlumat veriblər.
Bildirilib ki, ötən gün axşam Kərkük əyalətinin cənubunda polisin patrul xidmətinə qarşı partlayış törədilib. Partlayışdan sonra isə polis mövqeyinə RBG7 minaatan silahları ilə hücum edilib.
Bu hücum nəticəsində beş polis həlak olub və ikisi yaralanıb.
Qeyd edək ki, İŞİD terror təşkilatı 2017-ci ilin sonu və 2018-ci ilin əvvəlində İrada nəzarətində olan bütün coğrafi əraziləri itirib və məxfi obyektlərinə çəkilərək, terror hücumlarını həyata keçirməyə başlayıb.
Salamnews