İranda İmam Rzanın (ə) mövludu münasibətilə 5,156 məhbus əfv edilib

İranda İmam Rzanın (ə) mövludu münasibətilə 5,156 məhbus əfv edilib

İranda səkkizinci imamın mövludu günü ərəfəsində 5,156 məhbus əfv edilib və ya cəza müddətləri azaldılıb və yüngülləşdirilib.

Ölkənin Məhkəmə Hakimiyyətinin sədri İbrahim Rəisi İmam Rzanın mövlud günü ərəfəsində 5,156 məhbusun əfvi və cəzalarının yüngülləşdirilməsilə bağlı İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneiyə məktub ünvanlayıb.

Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin məktubuna müsbət cavab verib və 5,156 məhbusun əfvi və cəzalarının yüngülləşdirilməsilə bağlı müraciəti imzalayıb.

Qeyd edək ki, İranda Növruz bayramı ilə yanaşı, İslam İnqilabının ildönümü, peyğəmbər və imamların mövludunda və digər dini bayramlarda da əfv sərəncamları imzalanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − ten =