Husilər beş ballistik raketlə Səudiyyə Ərəbistanında hərbi mövqeləri hədəfə aldıqlarını bildiriblər

Husilər beş ballistik raketlə Səudiyyə Ərəbistanında hərbi mövqeləri hədəfə aldıqlarını bildiriblər

Husilər beş ballistik raket və beş PUA ilə Səudiyyə Ərəbistanı koalisiyasının hərbi və strateji mövqelərini hədəfə aldıqlarını bildiriblər.

Bu barədə mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri”nin mətbuat katibi briqada generalı Yəhya Səri məlumat verib.

Rəsmi tvitter səifəsi vasitəsilə Səudiyyə Ərəbistanı koalisiyasına qarşı yeni hərbi əməliyyat haqda məlumat verən Y.Səri bildirib ki, beş ballistik raket və beş PUA ilə qarşı tərəfin hərbi və strateji mövqeləri hədəfə alınıb.

Bildirilib ki, “Səudiyyə Ərəbistanın Xams-Mşit, Nəcran və Əbha bölgələrində həssas hərbi obyektlər dəqiqliklə hədəfə alınıb.”

Eyni zamanda Səudiyyə Ərəbistanı koalisiyası havadan müdafiə sistemlərinin hərəkətə keçdiyini bildirib.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − five =