Nazir ABŞ-ın Suriyadakı varlığına etiraz etdi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Suriyanın xarici işlər naziri Feysəl Miqdad, Qərb ölkələrinin terror qruplaşmalarına humanitar yardım çatdırmağa çalışdıqlarını söyləmiş və yardımların yalnız Dəməşq vasitəsilə çatdırılmalı olduğunu vurğulamışdır.
O, Russia Today xəbər telekanalına müsahibə verərkən deyib: “Qərbin əsas məqsədi “Cəbhətun-Nusra” və “İŞİD” və Ağ papaqlılar” kimi terror ünsürlərinə yardım çatdırmaqdır.”
Feysəl Miqdad qeyd edib: “Əgər ABŞ humanitar yardım məsələsində səmimidirsə, Suriya onu Türkiyə sərhədindən və ya başqa bir sərhəddən deyil, məhz Dəməşqdən qəbul etməyə hazırdır.”
Suriya xarici işlər naziri həmçinin belə deyib: “ABŞ Suriya xalqının həyatı ilə maraqlanmır və bunun səbəbi isə onun Suriyaya təzyiqi qaldırmamaq üçün israr etməsidir və Vaşinqton sanksiyalar yolu ilə hətta suriyalılara bir parça çörəyin gəlməsini belə əngəlləyir.”
O, belə əlavə edib: “ABŞ-ın Suriyada qalması qanunsuzdur və şiddətli şəkildə qınanır. ABŞ dərhal bunu sona çatdırmalıdır.”