HƏMAS lideri Livan səfərində bu ölkənin prezidenti ilə görüşüb
Fələstinin İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi bürosunun rəhbəri İsmail Həniyyə Beyrutda prezident Mişel Ounla görüşüb.
HƏMAS lideri ərəb ölkələrinə səfəri çərçivəsində Livan paytaxtı Beyrutda prezident Mişel Ounla görüşüb.
Livan prezidenti bu görüşdə Fələstin məsələsilə bağlı ölkəsinin mövqeyini yenidən açıqlayıb. O, işğal edilmiş ərazilərdə yeni yəhudi yaşayış massivlərinin salınması və fələstinlilərin köçürülməsi kimi addımların qəbuledilməz olduğunu bildirib. Livan prezidenti ölkənin Fələstin məsələsilə bağlı mövqeyinin dəyişməz olduğunu bildirib və son 11 günlük müharibədə müqavimət hərəkatının fədakarlığını alqışlayıb.
Qeyd edək ki, İsmail Həniyyə bundan öncə Tunis, Mərakeş və Mavritaniyada səfərdə olub.
HƏMAS liderinin bu səfərdə Hizbullah lideri ilə də görüşü gözlənilir. O daha sonra Küveyt və İran kimi ölkələrə səfər edəcək.
Salamnews