Qubada yaşadığı yeri tərk edən koronavirus xəstəsi aşkarlanıb
Quba rayonunda koronavirus xəstəsinin yaşadığı yeri tərk etməsi müəyyən olunub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi olan Bakı şəhər sakini S.Ramazanovun iyunun 28-də saat 2 radələrində yaşadığı yeri tərk etməsi müəyyən edilib. S.Ramazanov xəstəxanaya yerləşdirilib.
Din.gov.az