Baş Prokurorluq yanğın hadisələrinin sayının artması ilə bağlı əhaliyə xəbərdarlıq edib

Baş Prokurorluq yanğın hadisələrinin sayının artması ilə bağlı əhaliyə xəbərdarlıq edib

Son dövrlər ölkə ərazisində ağır nəticələrə səbəb olan yanğın hadisələrinin sayı artıb. Məişətdə yanğın təhlükəsizliyi tələblərinə riayət olunmaması yanğının baş verməsinin əsas səbəblərindəndir.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir: “Yaşayış və qeyri-yaşayış binalarının girişində avtomobillərin nizamsız park edilməsi yanğınsöndürən avtomobillərin hadisə yerinə vaxtında çatmasına ciddi maneələr yaradır. insanların səhhət və həyatlarını təhlükə altına qoyan, yanğının baş verməsinə gətirib çıxara bilən hərəkətlərə yol verilməməlidir. Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edir ki, bu kimi qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 2 =