ÜST rəhbəri yeni pandemiyalara hazırlaşmağa çağırıb

ÜST rəhbəri yeni pandemiyalara hazırlaşmağa çağırıb

Qlobal cəmiyyət mövcud koronavirus pandemiyasından dərs çıxarmalı, yeni epidemiya və pandemiyalara hazırlaşmalıdır. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Gebreyesus açıqlayıb.

“Pandemiyanın bizə öyrətdiklərindən hamımız dərs çıxarmalıyıq. Yeni epidemiya və pandemiyalara hazırlaşmaq, onların qarşısını almaq, onları aşkarlamaq və onlara qarşı dərhal tədbir görə bilmək üçün mümkün olan hər şeyi etmək lazımdır”, Gebreyesus deyib.

COVID-19 pandemiyasından danışan Gebreyesus, “peyvəndlərin qeyri-bərabər paylanmasından”, bunun sayəsində “yüksək və aşağı gəlirli ölkələr arasındakı uçurumun” getdikcə artmasından danışıb.

Onun sözlərinə görə, az gəlirli ölkələrin əksəriyyətində “hələ də həssas qrupların qorunması üçün yetəri qədər peyvənd” yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − fourteen =