Azərbaycan və Mərakeş iqtisadi əməkdaşlığın inkişafını müzakirə edib

Azərbaycan və Mərakeş iqtisadi əməkdaşlığın inkişafını müzakirə edib

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarşla görüş keçirilib.

Məlumata görə, görüşdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, “Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi məqsədi ilə Fondun gördüyü işlər və həyata keçirdiyi tədbirlər barədə danışıb, ixracın dəstəklənməsi istiqamətində İqtisadiyyat Nazirliyinin hazırladığı Milli İxrac Strategiyası barədə məlumat verib.

M.A.Embarş ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə inkişaf etdiyini, təşkil olunan işgüzar görüşlərin yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi, həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olduğunu vurğulayıb.

İşgüzar görüşdə Azərbaycanda və Mərakeşdə biznes və investisiya mühitinin inkişafı üçün həyata keçirilən tədbirlərə dair müzakirələr aparılıb, ölkələr arasında qarşılıqlı ixrac və investisiya potensialının artırılması, eləcə də Mərakeşdə fəaliyyət göstərən İnvestisiya və İxracın İnkişafı Agentliyi (AMDIE) ilə əməkdaşlıq əlaqələrinin qurulmasına dair müzakirələr aparılıb.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − fifteen =