İslami Cihad: İsrailin Əbu-Dabidə səfirlik açması Müqəddəs Qüdsə xəyanətdir

“İslami Cihad” hərəkatı İsrail rejiminin Əbu-Dabidə səfirlik açmasını müqəddəs Qüdsə xəyanət kimi qiymətləndirərək bu addımı kəskin şəkildə pisləyib.
Bunu “İslami Cihad”ın nümayəndəsi Tariq Səlmi açıqlayıb.
Onun sözlərinə görə, Əbu-Dabidə açılan o yer casusluq yuvası və bölgə xalqlarına qarşı sui-qəsd mərkəzidir.
“Fələstinlilərin yəhudilərin terror hücumları nəticəsində qanının tökülməsinə baxmayaraq, BƏƏ rəhbərləri Əbu-Dabidə bu rejimin səfirliyini açır, sionist qatillərə və cinayətkarlara qiymətli hədiyyələr paylayır.
Sionist rejimin heç bir idarəsinin legitimliyi yoxdur”, o deyib.
Salamnews