İsmayıl Həniyyə Fələstin müqavimətinin məqsədini açıqladı

İsmayıl Həniyyə Fələstin müqavimətinin məqsədini açıqladı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Livanda rəsmi səfərdə olan Həmas İslami Müqavimət Hərəkatının siyasi bürosunun rəhbəri İsmail Həniyyə, hərəkatın Müqavimət və Milli Siyasi Tərəfdaşlıq layihəsi əsasında milli birliyə nail olmaq üçün səylərini davam etdirəcəyini söyləyib.

“Palestine Today” xəbər agentliyinin məlumatına görə, Həniyyə Beyrutdakı elm adamları, siyasi xadimlər və media mənsubları ilə görüşdə müqavimətin azadlıq üçün gələcək döyüşlərə hazırlaşmağa və təchiz edilməyə davam edəcəyini vurğulayıb.

Fələstin müqavimətinin özünü və təchizat və silahlarını inkişaf etdirmək haqqına malik olduğunu vurğulayan Həniyyə bildirib: “Fələstin müqavimətinin özünü və silahlarını növbəti döyüşə hazırlaşmaq üçün inkişaf etdirməsi onun haqqıdır.”

İsrailin Fələstindəki işğalçılıq siyasətini tanımağa qarşı olduğunu vurğulayan Həniyyə deyib: “Hər kəs Fələstin xalqının daxili və xarici müqavimətini və mübarizəsini dəstəkləməlidir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + nineteen =