“Kətaib Hizbullah” ABŞ-a xəbərdarlıq etdi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İraq “Kətaib Hizbullah” müqavimət qrupunun sözçüsü Məhəmməd Muhyi çərşənbə günü ABŞ-ın son təcavüzünə dair xəbərdarlıq edib.
Əl-Qədir veb saytının verdiyi məlumata görə, o, deyib: “Amerika qoşunları dərhal İraqı tərk etməlidir. Əks təqdirdə bu dəfə cavab çox çətin olacaq.
“Məhəmməd Muhyi həmçinin deyib: “İraq xalqı onların İraqda olmasını qəbul etmir. ABŞ-ın təcavüzü əvvəlcədən planlaşdırılıb. ABŞ-ın İraqdakı fəaliyyəti İraqa xidmət etmək və ya təlim üçün deyil, İsrailin düşməncəsinə və düşünülmüş hədəflərinə çatması istiqamətində olan bir planıdır.”
“Kətaib Hizbullah” hərəkatıının sözçüsü belə əlavə edib: “ABŞ, ölkədəki siyasi vəziyyət üzərindəki hökmranlığını təcavüzkar İsrailin planlarına və siyasətinə xidmət edəcək şəkildə təmin etmək üçün İraqda qalmaq fikrindədir.”