Rusiya müqavimətə qarşı ABŞ-ın addımını qınadı
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Əl-Aləm, Əl-Məsirə və Press TV-nin veb saytları da daxil olmaqla müqavimətə yaxın 30-dan çox saytın bloklanmasını qınayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova, ABŞ-ın internet provayderlərinin 22 iyun tarixində 30-dan çox veb sayta girişi məhdudlaşdırdığını qeyd edib.
Zaxarova həmçinin deyib: “Veb saytların siyasi səbəblərdən bağlanmasını və Vaşinqtonun mənafeyi naminə demokratik dəyərlərdən imtina edilməsini qınayırıq.”
Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi 1 iyul çərşənbə axşamı günü İslam Yayım Birliyinin istifadə etdiyi 33 veb saytın və İraqın “Kətaib Hizbullah” hərəkatına aid üç saytın “ABŞ sanksiyalarının pozulması” bəhanəsi ilə bloklanması barədə bir açıqlama vermişdir.