Hayfada dəhşətli yanğın baş verdi

Hayfada dəhşətli yanğın baş verdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Hayfa ətrafındakı meşələrdə başlayan böyük bir yanğın sürətlə şəhərə doğru irəliləyir və bir sıra yaxınlıqdakı binaların tamamilə boşaldılmasına səbəb olub.

İsrailin KİV xəbər verir ki, xilasetmə qrupları yanğını bir saat əvvəl söndürməyə başlamış olsa da, atəşin geniş yayılması, yanğın sahəsinə ən yaxın olan Naviye Şanan bölgəsinin boşaldılmasına səbəb olub.

Yant xəbər agentliyi ilk hesabatında belə yazıb: “Yanğın çərşənbə günü günortadan sonra başladı və hazırda ərazinin ilk küçələrinə daxil olmaqdadır.”

Məlumata görə, yanğından çıxan tüstü məhəlləni tamamilə bürüyüb və yanğınsöndürənlər bütün sakinləri evakuasiya edirlər.

Bölgədə yerləşdirilən yanğınsöndürmə komandiri İbrani dilli KİV-ə verdiyi müsahibədə deyib: “Yanğın çox böyükdür və bu ana qədər onu kontrol edə bilmədik. Qocalar evi də daxil olmaqla müxtəlif obyektlər yanğın ərazisinin yaxınlığında yerləşir. Buna görə də biz onu boşaltmalı olduq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 4 =