İsrail rejimi və Səudiyyə Ərəbistanı əməkdaşlığı ifşa olundu
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, PR News veb saytı, Sionist rejimin Fars körfəzi ölkələri ilə münasibətlərin normallaşmasını yüksəltmək məqsədi daşıyan ilk Səudiyyə-İsrail film işbirliyini ifşa edib.
Bu veb sayt yazıb: “Bir qrup Sionist aktyor Səudiyyə Ərəbistanına daxil olmuş və “İbrahim” adlı müqavilə ilə əlaqəli siyasi bir mövzuda bir film çəkmişlər.”
Veb sayt filmin hekayəsinin yəhudilərin Sina Dağı adlandırdığı Səudiyyə Ərəbistanının Tabuk şəhərindəki Əl-Louz Dağı ilə əlaqəli olduğunu yazıb.
Saytın verdiyi məlumata görə, film bu ayın 4-də Tel-Əvivdə və həmin ayın 24-də Dallasda nümayiş olunacaqdır.
Səudiyyə Ərəbistanı ölkə daxilində və xaricində ictimai rəy hazırlamaq üçün sistematik planın bir hissəsi olaraq İsrail rejimi ilə münasibətlərin normallaşmasını təbliğ etməyə davam edir.