ÜST Azərbaycanda vaksinasiya prosesini yüksək qiymətləndirib

ÜST Azərbaycanda vaksinasiya prosesini yüksək qiymətləndirib

Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesi alqışlanmalı nailiyyətdir.

Bu barədə  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosundan bildirilib.

Qeyd edilib ki, Azərbaycanda vaksinasiya pandemiyanın erkən mərhələsində başlayıb və bu günədək ölkə əhalisinin təxminən 20 faizi peyvəndlənib:

“Bu nailiyyəti alqışlamaq olar, çünki biz bilirik ki, vaksin xəstəliyin ağır formasına yoluxma və xəstəxanaya yerləşdirilmə riskini azaldır. Azərbaycanda yeni yoluxma halları mayın ortalarından etibarən azalır və əhali bununla əlaqədar müsbət əhval-ruhiyyədədir. Amma koronavirus pandemiyası hələ başa çatmayıb və biz yeni ştammların yayılması fonunda çox ehtiyatlı olmalıyıq”.

Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı vaksinasiya 2021-ci il yanvarın 18-də başlayıb.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 511 219, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 214 990, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 296 229 təşkil edir.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 7 =