KTMT: Nizamnamənin kollektiv müdafiə ilə bağlı müddəaları Ermənistanın cənubundakı hadisələrə şamil edilmir

KTMT: Nizamnamənin kollektiv müdafiə ilə bağlı müddəaları Ermənistanın cənubundakı hadisələrə şamil edilmir

Ermənistanın cənubunda Azərbaycanla yeni sərhədin yaradılması ilə əlaqədar vəziyyətin kəskinləşməsi “sərhəd insidentidir” və KTMT nizamnaməsinin kollektiv müdafiə ilə bağlı müddəaları bu cür hadisələrə şamil edilmir.

Bu barədə təşkilatın baş katibi Stanislav Zas jurnalistlərə açıqlama verib.

“Anlamaq lazımdır ki, KTMT potensialı yalnız  təcavüz, hücum halına [üzv ölkələrdən birinə] qarşı istifadə olunur. Burada əslində sərhəd insidenti ilə qarşı-qarşıyayıq. Allaha şükür itki yoxdur ,  atışma yoxdur. Bu bir sərhəd hadisəsidir. Həll edilməlidir və biz sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq”, o deyib.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + 3 =