Sionistlər qəsəbəni tərk etməyə məcbur oldular
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Nablusun cənubundakı Bita qəsəbəsi sakinlərinin sionist rejimin bölgədəki məskunlaşma siyasəti ilə əlaqədar davamlı və sıx etirazlarından sonra, yəhudi köçkünlər yeni işğal olunmuş əraziləri tərk etmək məcburiyyətində qalmışlar.
Russia Today xəbər saytının verdiyi məlumata görə, sionist gəlmələr cümə günü Nablusun cənubunda yerləşən Bita qəsəbəsinin Cəbəl Səbih bölgəsindəki “Avitar” şəhər mərkəzini tərk etmişlər.
Sionist Baş nazir Naftali Bennettin kabineti və sionist gəlmələr Avitarın Müharibə Nazirliyi tərəfindən “mülkiyyət hüquqları” bərpa olunana qədər bina və tikililəri sökmədən tərk edilməsi və Avitarın müvəqqəti olaraq boşaldılması barədə razılığa gəlmişlər.
Qeyd edək ki, bu qəsəbə mərkəzinin inşası sionist rejim rəsmiləri tərəfindən təsdiqlənməməsinə baxmayaraq təxminən əlli sionist ailəsi bir ay əvvəl Avitara köçürülmüşdü.