ABŞ Türkiyəni ittiham etdi

ABŞ Türkiyəni ittiham etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ ilk dəfə bir NATO müttəfiqi olan Türkiyəni uşaqları əsgər kimi istifadə edən ölkələr siyahısına daxil etmiş və bu, Ankara ilə Vaşinqton arasındakı münasibətləri daha da gərginləşdirə biləcək bir addım hesab olunur.

Məlumata görə, ABŞ Dövlət Departamentinin “İnsan Alveri 2021” hesabatında qeyd olunub ki, Türkiyə, Suriyadakı Sultan Murad qoluna əhəmiyyətli dəstək verməkdədir. Bu, Ankara ilə uzun müddətdir əlaqələri olan suriyalı terrorçulara bağlı bir qrupdur. Bu qrubun tərkibində uşaqlar hərbi əməliyyatlara cəlb olunur.

Türkiyə ABŞ-ın bu addımına hələ reaksiya verməyib. Dövlət Departamentinin yüksək səviyyəli bir rəsmisi həmçinin jurnalistlərə Liviya müharibəsində də uşaq əsgərlərdən istifadə edildiyini və Vaşinqtonun bu məsələsə üzərində Ankara ilə işləyəcəyinə və problemi həll edəcəyinə ümid etdiyini söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + nineteen =