Səbail rayonunda restoranda ölüm hadisəsi olub
İyulun 3-ü saat 15 radələrində rayon sakini Hüseyn Mirzəyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Səbail rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Hüseyn Mirzəyev Səbail rayonu, E.Əzizov küçəsində yerləşən “Qurman” restoranında optik kabel xəttində yaranmış nasazlığı aradan qaldırarkən elektrik xəttinə toxunması nəticəsində hadisə yerində ölmüşdür.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.