İndoneziya Prezidenti Ayətullah Rəisini təbrik etdi

İndoneziya Prezidenti Ayətullah Rəisini təbrik etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İran İslam Respublikasının İndoneziyadakı Səfirliyindən verilən məlumata görə, İndoneziya prezidenti Coko Vidodo, İranın yeni seçilmiş prezident Ayətullah Rəisiyə şəxsən məktub göndərərək özü, xalqı və İndoneziya hökuməti adından İran İslam Respublikasının son prezident seçkilərindəki qələbəsi münasibətilə onu təbrik edib.

İndoneziya prezidenti bu məktubda bu seçimi İran xalqının bacarıqlı idarəetməyə olan inamının bir təzahürü kimi qiymətləndirmiş və cənab Rəisinin prezidentliyi dövründə irəliləyişin, firavanlığın, İranda sülh və təhlükəsizliyin təmin olunmasının davamlı olacağına əminliyini bildirmişdir.

İndoneziya prezidenti təbrik məktubunda həmçinin, İndoneziyanın ikitərəfli münasibətləri inkişaf etdirmək və beynəlxalq sülhün təmin olunması istiqamətində iki ölkə arasında sıx əməkdaşlığı zəruri hesab etdiyini vurğulamışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 9 =